AZ

Taekvondoçumuz İslamiadada bürünc medal qazandı

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Milli.Az-ın məlumatına görə, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə kot-d'İvuarlı İssa Diakiteyə 2:1 hesabı ilə qalib gəlib.

İslamiadaya noyabrın 21-də yekun vurulacaq.

Milli.Az

Seçilən
33
6
milli.az

7Mənbələr