AZ

Yunanıstan və Ukrayna qaz tədarükü barədə memorandum imzaladı

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yunanıstan və Ukraynanın qaz şirkətləri 2025-ci ilin dekabrından 2026-cı ilin mart ayına qədər ABŞ-dan mayeləşdirilmiş təbii qazın Kiyevə tədarükü ilə bağlı niyyət protokolu imzalayıblar.

Axar.az xəbər verir ki, imzalanma mərasimi Yunanıstanın "ERT-news" telekanalı vasitəsilə yayımlanıb.

Niyyət protokolunun imzalanması Ukrayna Prezidenti Vladimir Zelenskinin Afinaya səfəri çərçivəsində, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və ABŞ-ın Yunanıstandakı səfiri Kimberli Gilfoylun iştirakı ilə baş tutub.

"Proto Thema" qəzetinin yazdığına görə, Yunanıstanın "DEPA Trading" şirkəti ilə Ukraynanın "Naftogaz" şirkəti arasında niyyət protokolunun imzalanması regional və Avropa enerji təhlükəsizliyi, eləcə də dayanıqlılığına mühüm töhfə olacaq, həmçinin mürəkkəb qış şəraitində Ukraynaya dəstək göstərəcək.

Qeyd olunur ki, Yunanıstanın enerji infrastrukturu "Şaquli dəhliz" vasitəsilə təbii qazın sabit tədarükünü təmin edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
4
axar.az

5Mənbələr