Kafe işlədən kişi elə orada öldürülüb.
Xezerxeber.az xəbər verir ki, hadisə ötən axşam Şəkinin Turan qəsəbəsində baş verib.
Belə ki, kafenin sahibi, 50 yaşlı Mehman Bayramov kəsici alətlə qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov könüllü şəkildə polisə təslim olub. Şübhəlinin atası bildirir ki, kafe müdiri oğlunu söyüb və onu vurub. Hadisə də bundan sonra olub.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.