AZ

Bakının mərkəzində dörd ildir partlayan kanalizasiya boruları təmir edilmir – ŞİKAYƏTVİDEO

Kanalizasiya suyu zirzəmiyə dolub, üfunət ətrafı bürüyüb.

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 36 ünvanında yerləşən 5 mərtəbəli binanın zirzəmisindəndir. Sakinlər bildirirlər ki, 4 ildən çoxdur çirkab 90 ailənin yaşadığı binanın zirzəmisinə axır. Onların sözlərinə görə, çirkabın üfunəti bütün mərtəbələrə yayıldığından dözülməz vəziyyət yaradıb.

Sakinlər bildirirlər ki, binanın zirzəmisinə daha əvvəl aidiyyəti qurumlar tərəfindən baxış keçirilib. Köhnəlmiş borular dəyişdirilsə də, bir müddət sonra yeni eyni vəziyyət yaranıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş su təchizatı xidmətindən bildirildi ki, qeyd olunan ünvandakı problem müvafiq sukanal idarəsinə yönləndirilib. Məsələnin həlli ilə bağlı lazımi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
22
1
xezerxeber.az

2Mənbələr