Dubayda dünyanın ən hündür hoteli - "Ciel Dubai Marina" rəsmi olaraq açılıb.
“Yeni Sabah” xəbər verir ki, 377 metr hündürlüyə malik 82 mərtəbəli otel artıq qonaqları qəbul etməyə başlayıb. Gecəlik qiymətlər isə 2 400 BƏƏ dirhəmindən başlayır.
"Ciel Dubai Marina" ümumilikdə 1 042 otaq, o cümlədən 150 suite təklif edir. Otaqlar tam şüşəli panoramik pəncərələri ilə Ərəb körfəzi və Palm Jumeirah mənzərəsini təqdim edir.
Otelin üç hovuzundan biri – 76-cı mərtəbədə yerləşir, hazırda dünyanın ən yüksək səviyyəli hovuzu kimi təqdim edilir. Həmin mərtəbədə, həmçinin, məşhur Asiya restoranı Tattu, bar və lounge olan üçmərtəbəli kompleks fəaliyyət göstərir. "Ciel Dubai Marina" qonaqlara ümumilikdə 10 restoran və bar təqdim edir. Bunlara 353 metr yüksəklikdə yerləşən restoranlar, mövsümi məhsullarla hazırlanan Aralıq dənizi mətbəxi təqdim edən "West 13", müxtəlif qastronomiya məkanları daxildir.
81-ci mərtəbədə şəhərin mənzərəsini izləmək üçün açıq müşahidə meydançası fəaliyyət göstərir. Binanın içərisində 12 mərtəbə boyunca uzanan şaquli “sky garden” və geniş şüşə atrium təbii işıqlandırma ilə seçilir.
Telegram kanalımız