AZ

Cüdo üzrə Qran-Pri turniri başa çatdı

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb.

Teleqraf xəbər verir ki, son yarış günündə yığmamız aktivinə iki medal yazdırıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz finalda Niderland idmançısı Yur Spaykersi ipponla məğlub edib.

-90 kq çəkidə çıxış edən Vüqar Talıbov isə üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslan Kotsoyevdən üstün olaraq bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl Hüseyn Allahyarov (-60 kq) bürünc mükafatın sahibi olmuşdu.

Beləliklə, 1 qızıl və 2 bürünc medal əldə edən Azərbaycan 48 ölkə arasında ümumi komanda hesabında beşinci, kişilərin mübarizəsində isə dördüncü yeri tutub.

Seçilən
81
19
teleqraf.com

10Mənbələr