AZ

İngiltərədən qələbə, Ukrayna pley-offda - VİDEO

2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən bir sıra
oyunlar başa çatıb.

Bizim.Media xəbər verir ki, K qrupunda mübarizə yekunlaşıb, millimizin yer aldığı D qrupunda da pley-offa vəsiqənin taleyi müəyyənləşib.

K qrupunda İngiltərə liderliyi, Albaniya isə ikinciliyi öncədən təmin etdikləri üçün komandalar arasındakı matç turnir cədvəli baxımından formal xarakter daşıyıb. Oyunda qonaq olan "dumanlı Albion" təmsilçiləri meydan sahiblərini 0:2 üstələyiblər.

Qrupun digər qarşılaşmasında Serbiya evdə Latviyanı 2:1 hesabı ilə məğlub edib.

D qrupunda Ukrayna İslandiya üzərində inamlı qələbə qazanıb və pley-offa çıxıb - 2:0.

Xatırladaq ki, bu qrupda DÇ-2026-ya birbaşa vəsiqəni lider Fransa əldə edib.

Bizim.Media

Seçilən
72
3
bizim.media

4Mənbələr