AZ

Azərbaycan-Ermənistan sərhədində baş verən yanğın söndürülüb



Azərbaycan-Ermənistan sərhədində, Gədəbəy rayonunun İsalı, Dördlər, Novoivanovka, Mormor və Göyəmli kəndlərinə yaxın neytral ərazidə bir neçə gündür davam edən yanğın söndürülüb.

Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, relyefin mürəkkəbliyi səbəbindən xüsusi texnikaları yanğının baş verdiyi əraziyə cəlb etmək mümkün olmayıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin və bölməsinin canlı qüvvəsi tərəfindən söndürülüb.
Seçilən
21
10
newscenter.az

10Mənbələr