AZ

Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa matçı başa çatıb.

BAKU.WS xəbər verir ki, Fransa millisi 1:3 hesabı ilə qalib gəlib.

Qolları 4-cü dəqiqədə Renat Dadaşov, 17-ci dəqiqədə Mateta, 30-cu dəqiqədə Akliuş və 45+1-ci dəqiqədə Şahruddin Məhəmmədəliyev (öz qapısına) vurublar

***21:00

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində D qrupunda Azərbaycan - Fransa matçı start götürüb.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı Latviyadan olan hakim Andris Treymanis idarə edir.

Qeyd edək ki, son tur ərəfəsində Fransa millisi 13 xalla birinci, Azərbaycan millisi isə bir xalla dördüncüdür.

***20:56

DÇ-2026-nın seçmə mərhələsinin oyununda bu gün üz-üzə gələcək Azərbaycan və Fransa millilərinin start heyətləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"də çıxacaqlar.

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov, Renat Dadaşov, Xəyal Əliyev, Elvin Bədəlov, Ceyhun Nuriyev, Abdulla Xaybulayev, Qismət Alıyev.

Fransa: Lüka Şevalye, Malo Qüsto, Kefren Türam, Kristofer Nkunku, Üqo Ekitike, Manes Akliuş, İbrahima Konate, Uorren Zair-Emeri, Jan-Filipp Mateta, Lukas Ernandes, Teo Ernandes.

Seçilən
27
44
far.az

10Mənbələr