AZ

Avtoxuliqanlığa görə həbs edilən işçini qanunsuz işdən çıxaran rəis cərimə edildi

BAKI, 17 noyabr. TELEQRAF

Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi əmək qanunvericiliyinin tələblərini pozduğu üçün cərimələnib.

Teleqraf xəbər verir ki, Birliyin Yaşıllaşdırma şöbəsinin Yaşıllaşdırma işləri üzrə nəzarətçisi Elmar Vəliyevin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib. Buna səbəb onun Gəncə şəhərində avtoxuliqanlıq etdiyi üçün polis tərəfindən saxlanılması və məhkəmə tərəfindən 20 sutka inzibati həbs cəzası alması olub.

Məlumata görə, Elmar Vəliyev həbsdə olduğu müddətdə rəhbərlik tərəfindən işdən çıxarılıb. Lakin əmək müqaviləsinə xitam verilərkən ona qabaqcadan xəbərdarlıq edilməyib, həmçinin əmək kitabçasında iş stajı düzgün qeyd olunmayıb.

Bu səbəbdən Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisinə qarşı inzibati məsuliyyət tədbiri görülüb və o, 1 500 manat məbləğində cərimə olunub.

Seçilən
58
teleqraf.com

1Mənbələr