AZ

Polisin saxladığı sürücü əlindəki qumbaranı partlatdı

Musavat.com xəbər verir ki, Ukraynanın Lviv vilayətinin Rudki şəhərində polis əməkdaşları yol hərəkəti qaydalarını pozan Alfa Romeo markalı avtomobili saxlayıblar.

Sürücü ilə aparılan söhbət zamanı 37 yaşlı kişi qəfil qumbara çıxararaq partladıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Polis onun kimliyi və motivləri ilə bağlı araşdırma aparır.

Sürücünün hərbi qulluqçu olduğu və hissəsini özbaşına tərk etdiyi iddia olunur. Lakin polis rəsmiləri bu məlumatı hələ təsdiqləməyib. 

 

Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr