AZ

Tramp: Nyu-Yorkun yeni meri mənimlə görüşmək istəyir

BAKI, 17 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkun yeni meri Zoxran Mamdaninin onunla görüşmək istədiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə Florida ştatının Palm-Biç şəhərindən Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərlə söhbətində danışıb.

“Məncə, Nyu-Yorkun meri bizimlə görüşmək istəyir və biz nəyəsə razılaşa biləcəyik. O, Vaşinqtona gəlmək və görüş keçirmək istəyir. Biz hansısa məsələdə anlaşarıq”, - deyə ABŞ lideri vurğulayıb.

Xatırladaq ki, Nyu-York meri seçkiləri 4 noyabrda keçirilib.

Seçilən
50
teleqraf.com

1Mənbələr