AZ

İtaliyan tennisçi Yannik Sinner Turindəki ATP turnirinin qalibi olub

İtaliyalı tennisçi Yannik Sinner Turində keçirilən ATP turnirinin qalibi olub.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, kişi tennisçilər arasında keçirilən final oyununda Yannik Sinner dünya sıralamasında birinci pillədə qərarlaşan ispaniyalı Karlos Alkarasla qarşılaşıb. İtaliyalı raketka ustası ötən ilki uğurunu təkrarlayaraq rəqibini 7-6, 7-5 hesabı ilə məğlub edib. Bu, Sinnerin mövsümdə 6-cı və karyerasında isə 24-cü tituludur.

Yannik Sinner noyabrın əvvəlində “Paris Masters”, iyulda isə Karlos Alkarası məğlub edərək “Uimbldon” turnirinin qalibi olub. O, “Uimbldon”da qazanan ilk italiyalı tennisçidir.

İdman.Biz

Məqalədə:
Seçilən
15
4
idman.biz

6Mənbələr