AZ

"Google Play" “Harada izləmək olar” funksiyasını istifadəyə verib

Bakı. Trend:

"Google Play" istifadəçilərə filmləri və serialları hansıplatformalarda izləməyin mümkün olduğunu daha tez tapmağa imkanverən yeni “Harada izləmək olar” funksiyasını istifadəyə verib.

Trend-inməlumatına görə, yenilik barədə məlumatı "Androidauthority"yayıb.

Artıq "Play Store"a film və ya serialın adını daxil etdikdə,həmin kontenti izləmək imkanı verən bütün tətbiqlərin siyahısıekranda görünəcək. Əgər siyahıdakı tətbiq istifadəçinin cihazındaquraşdırılmayıbsa, onu birbaşa həmin səhifədən endirməkmümkündür.

Bununla belə, funksiyanın müəyyən məhdudiyyətləri də var. Sistemistifadəçinin göstərilən platformalara abunə olub-olmadığınıgöstərmir. Eləcə də reklamların olub-olmayacağı və əlavə ödənişliabunə tələb edilib-edilmədiyi barədə məlumat təqdim etmir.

Seçilən
32
az.trend.az

1Mənbələr