ain.az, Azertag portalına istinadən məlumat yayır.
Vaşinqton, 17 noyabr, AZƏRTAC
Noyabrın 24-dən etibarən ABŞ Dövlət Departamenti “Cartel de los Soles” təşkilatını xarici terror təşkilatı elan etmək niyyətindədir.
AZƏRTAC-ın məlumatına görə, Dövlət Departamenti bildirir ki, Venesuelada yerləşən təşkilata Prezident Nikolas Maduro və Venesuelanın digər yüksəkvəzifəli şəxsləri rəhbərlik edir.
“Cartel de los Soles”, “Tren de Aragua” və “Sinaloa Cartel” də daxil olmaqla xarici terror təşkilatları siyahısına salınmış digər təşkilatlarla birlikdə yarımkürəmizdə terror zorakılığına, eləcə də ABŞ və Avropaya narkotik qaçaqmalçılığına görə məsuliyyət daşıyır. Amerika Birləşmiş Ştatları milli təhlükəsizlik maraqlarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcək”,- deyə bəyanatda qeyd olunur.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.