AZ

Payız mövsümünün əvəzedilməz meyvəsi açıqlanıb:

Payızda günəşin azalması, yorğunluq və virusların artması orqanizmin daha çox dəstəyə ehtiyacı olduğunu göstərir. AzPost xəbər verir ki, dietoloq Lyudmila Denisenko bu dövrdə gəncliyi qorumaqda xüsusi rol oynayan meyvəni açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, xurma təbii “gənclik eliksiri” hesab olunur. O bildirib ki, xurmadakı beta-karotin səviyyəsi hətta balqabaqdakından daha yüksəkdir və bu səbəbdən dərinin cavan görünməsinə əhəmiyyətli təsir göstərir. Bununla yanaşı, meyvə maqneziumkalium baxımından olduqca zəngindir. Denisenko vurğulayıb ki, ürək və sinir sistemi həssas olanlar üçün xurma gündəlik menyuda mütləq yer almalıdır.

Ekspert qeyd edib ki, iki ədəd şirin xurma gündə qəbul edildikdə həm əhval-ruhiyyəni yaxşılaşdırır, həm də stresin orqanizmə vurduğu zərərləri azaldır. Meyvə dərinin vəziyyətini yaxşılaşdırır, damarları möhkəmləndirir və immun sisteminin bərpasına kömək edir.

Dietoloq əlavə edib ki, xurmadakı C və P vitaminləri damarların kövrəklik və keçiriciliyini azaldır, xüsusən koronavirus və digər virus infeksiyalarından sonra bərpa prosesini sürətləndirir. Onun sözlərinə görə, payızın tutqun günlərində bu meyvəni rasiona daxil etmək həm gümrahlığı artırır, həm də orqanizmi mövsümi risklərdən qoruyur.

Mütəxəssislər bildirirlər ki, gündə bir-iki xurma yemək həm gəncliyi uzatmağa, həm də orqanizmi aktiv saxlayaraq mövsüm dəyişikliklərinə uyğunlaşmağa yardım edir.

AzPost.az

Seçilən
78
1
azpost.info

2Mənbələr