Sumqayıt şəhərində bir gündə iki avtomobil yanıb.
Bakıvaxtı.az xəbər verir ki, ilk hadisə şəhərin Sahil küçəsində qeyd alınıb.
Belə ki, Abşeron rayon sakini, 1985-ci il təvəllüdlü Nəzərli Alim Sirac oğluna məxsus "Kia" markalı avtomobil yanıb. Yanğın qısa müddətdə söndürülüb və ətrafdakı avtomobillərə keçməsinin qarşısı alınıb.
Növbəti hadisə Xəzər bağları ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Quliyev Seymur Rahib oğluna məxsus "Volkswagen" markalı avtomobil alovlanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.