Bakı. Trend:
Vaşinqton Venesuela lideri Nikolas Maduro ilə danışıqlar aparmaqehtimalını istisna etmir.
Trend xəbər verirki, bunu Tramp jurnalistlərə açıqlamasında deyib.
“Ola bilər ki, Maduro ilə bəzi danışıqlarımız olsun və nə başverəcəyini görək”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Nikolas Maduro əvvəlcə ABŞ vətəndaşlarına müraciətedərək Karib hövzəsində müharibənin qarşısının alınmasını istəyibvə mümkün silahlı münaqişəni “bütün Amerika üçün faciə” kimidəyərləndirib.