sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Matça yaxşı başladıq. Rəqibi əks hücumda yaxşı tuturduq. Hesabı da biz açdıq". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov deyib.Təcrübəli yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini bölüşüb:"Hesabı açandan sonra ikinci qolu da vurmağa çalışdıq. Amma alınmadı. Rəqib öz səviyyəsini, keyfiyyətini göstərdi. Bizi daim əks hücum etməyə qoymadılar. Təzyiqi artırdıqdan sonra qollar vurdular. Birinci yarıda qolları buraxmağa başladıq. Buna görə gücümüz çatmadı deyə bilmirəm. Rəqibin keyfiyyəti çox yüksəkdir. Fiziki cəhətdən də yaxşı komandadır. Ona görə bizim üçün bir az çətin oldu". Mahmudovun sözlərinə görə, komandadakı futbolçular bir-birinə inanaraq oynayırlar. "Hamımız digərinə kömək etməyə çalışırıq. Bəzən alınmır. Amma irəliləyiş hiss edilir. Daha yaxşı müdafiə olunuruq. Düzdür, uduzuruq. Yeganə problem də budur"Oyunçu bəzi komanda yoldaşlarının klublarında az forma şansı əldə etməsinə də toxunub: "Əslində, bu, böyük problemdir. Çox oyunçumuz da yoxdur. Futbolçuların klublarında daha çox oynamasını istəyirik. Klublarda çox meydana çıxmadıqları üçün ikinci hissədə bir az yorğunluq olur. Heyətdə gənc futbolçularımız da var. Onlar daim oynasalar, gələcəkdə bizə çox kömək edəcəklər".Emin Mahmudov son matçlarda əvəzlənməsinin zədə ilə bağlı olduğunu vurğulayıb: "90 dəqiqə oynamağə risk etmədim. Yenə zədələnə bilərdim. Son vaxtlar az məşq etmişəm. Bir az gözləsəm, zədəm aradan qalxacaq. Özümə daha yaxşı baxmalıyam ki, zədə olmasın".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.