AZ

İsrailin naziri Türkiyəni  niyə ciddi təhlükə olaraq görür? – ŞƏRH

İsrailin Diasporla İş üzrə naziri Amiçay Çikli, Türkiyəni İsrail dövləti üçün ən ciddi təhlükə olaraq qiymətləndirib. O, bununla kifayətlənməyərək, “Türkiyənin təcrid olunması üçün xarici əlaqələrdə hər şeyi etməliyik” ifadəsini işlədib. Çikli, eyni zamanda, Türkiyənin Avrasiya, xüsusən də Cənubi Qafqaz və Mərkəzi Asiyada artan roluna diqqət çəkərək, İsrailin bu bölgələrdə Türkiyənin fəallığına maneələr yaratması gərəkdiyini bildirib.

Politoloq Elxan Şahinoğlu bu ifadələri şərh edərkən, İsrailin Türkiyənin bölgədəki rolunu təhlükə kimi görməsinin, həm də Azərbaycanın milli və təhlükəsizlik maraqlarına zidd olduğunu qeyd edib.

Politoloqun sözlərinə görə, İsrailin bu yanaşması, həmçinin Azərbaycan ilə İsrail arasındakı münasibətlərə mənfi təsir göstərə bilər.

” İsrail rəsmiləri anlamalıdırlar ki, Türkiyə və Azərbaycan strateji müttəfiqlərdir və bu müttəfiqlik, hər iki ölkənin maraqları baxımından vacibdir. O, həmçinin qeyd edib ki, “Türkiyənin əleyhinə sərt ifadələrin işlədilməsi, Azərbaycan-İsrail münasibətlərinə də mənfi təsir etməyə başlayacaq”.- deyə Elxan Şahinoğlu bildirib.

Politoloq bildirib ki, Azərbaycan, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasını istəyir. Lakin İsrail və Türkiyə rəsmiləri arasında qarşılıqlı sərt açıqlamalar, hazırkı şəraitdə münasibətlərin normallaşmasına mane olur.

” İsrailin son açıqlamaları, Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın əhəmiyyətini göz ardı edən yanaşmaların və hər iki ölkənin təhlükəsizlik maraqlarını təhdid edən ifadələrin istifadəsinin, yalnız regionda deyil, həm də Azərbaycan-İsrail əlaqələrində gərginlik yarada biləcəyini göstərir.”- deyə politoloq əlavə edib.

Seçilən
45
veteninfo.az

1Mənbələr