Afrika Futbol Konfederasiyası (CAF) qitənin ən yaxşı futbolçusu mükafatına namizədlərin son siyahısını təqdim edib.
İdman.Biz xəbər verir ki, qurumun rəsmi məlumatına əsasən, final mərhələsinə 3 futbolçu düşüb – “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah, “Qalatasaray”ın nigeriyalı forvardı Viktor Osimhen və PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Hakimi.
Ötən il bu yüksək mükafatın sahibi “Atalanta”nın hücumçusu Ademola Lukman olmuşdu.