AZ

Şəkidə evdə yanğın baş verdi, bir nəfərin meyiti tapıldı

Şəkidə yanğın olub, bir nəfərin meyiti aşkar edilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Şəki şəhərinin Bideyiz kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaq və eyvandan ibarət kürsülü evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
62
8
teleqraf.com

10Mənbələr