AZ

Daha iki ölkə DÇ-2026-ya vəsiqə əldə etdi - NƏTİCƏLƏR

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, 4 qrupda 8 qarşılaşma oynanılıb.

I qrupunda İtaliyanı səfərdə böyük hesabla məğlub edən Norveç yığması DÇ-2026-nın final mərhələsinə birbaşa vəsiqə qazanıb. İtalyanlar isə pley-offda çıxış edəcəklər.

F qrupunda Portuqaliya Ermənistanın qapısından 9 top keçirib. 9:1 hesablı qələbə ilə Portuqaliya mundiala vəsiqə qazanıb.

Daha əvvəl Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, İngiltərə, Səudiyyə Ərəbistanı, Kot-d'İvuar,Seneqal, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Ekvador, Braziliya, Fransa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edib. ABŞ, Kanada və Meksika isə ev sahibləri kimi turnirə birbaşa vəsiqə qazanıblar.

D qrupu

21:00. Azərbaycan - Fransa - 1:3

Qollar: R.Dadaşov, 4 – Mateta, 18. Akliuş, 30. X.Türam, 45.

21:00. Ukrayna - İslandiya - 2:0

Qollar: Zubkov, 83. Qutsulyak, 90+3.

F qrupu

18:00. Macarıstan - İrlandiya - 2:3

Qollar: Lukaş, 3. Varqa, 37 – Parrott, 15-pen; 80; 90+6.

18:00. Portuqaliya - Ermənistan - 9:1

Qollar: Veyqa, 7. Q.Ramos, 28. J.Neves, 30; 41; 81. B.Fernandes, 45+3-pen; 51; 72-pen. Konseysao, 90+2 – Spertsyan, 18.

I qrupu

23:45. İtaliya - Norveç - 1:3

Qollar: Espozito, 11 – Nusa, 63. Haland, 78; 80.

23:45. İsrail - Moldova - 4:1

Qollar: Turgeman, 21-pen. Revivo, 65; 88. Perets, 85 – Nikolaesku, 37.

K qrupu

21:00. Albaniya - İngiltərə - 0:2

Qollar: H.Keyn, 74; 82.

21:00. Serbiya - Latviya - 2:1

Qollar: Katai, 49. Stankoviç, 60 – Qutkovski, 12.

Seçilən
32
1
sportinfo.az

10Mənbələr