AZ

Qattuzo üzr istədi

ain.az, futbolpress-az saytına istinadən bildirir.

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo DÇ-2026-nın seçmə mərhələsində Norveçə məğlubiyyəti şərh edib.

Futbolpress.az “RAİ Sport”a istinadən xəbər verir ki, mütəxəssis 1:4 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Azarkeşlərimizdən üzr istəyirəm. İlk hissə çox yaxşı oynadıq, əsl komanda oyunu sərgilədik. Lakin ikinci hissə tam əksi oldu. Norveçi təbrik edirəm. İlk hissədə yaxşı şeylərlə yadda qaldıqsa, ikinci hissə təmiz dəyişdi – ritmi itirdik, top saxlaya bilmədik”.

İtaliya millisi seçmə mərhələni qrup ikincisi kimi bitirib və pley-offlara vəsiqə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
futbolpress.az

1Mənbələr