AZ

Şəkidə yanmış evdən meyit tapıldı

Şəkidə yanmış mənzildə kişinin meyiti tapılıb.

"Yeni Sabah" xəbər verir ki, yanğın gecə saatlarında rayonun Bideyiz kəndində olub.

85 yaşlı Əli Xasiyevə məxsus, ümumi sahəsi 100 kvadratmetr olan kürsülü birmərtəbəli fərdi yaşayış evi od tutub.

Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Ə.Xasiyevin yanmış meyiti aşkar olunub.


Telegram kanalımız
Seçilən
30
1
yenisabah.az

2Mənbələr