Bakı. Trend:
Qlobal rəqəmsal inkişaf üzrə Bakı Bəyannaməsi hazırlanacaq.
Trend xəbərverir ki, bunu bu gün Bakıda keçirilən Ümumdünya Telekommunikasiyaİnkişafı Konfransının açılış mərasimdə Beynəlxalq Telekommunikasiyaİttifaqının (ITU) Telekommunikasiya İnkişaf Bürosunun (BDT)direktoru Kosmas Lukison Zavazava deyib.
O, rəqəmsal inqilabın cəmiyyətlərə və iqtisadiyyatlara güclütəsir göstərdiyini vurğulayıb: "Son illər əlaqəlilik sahəsindəciddi irəliləyiş əldə olunub. 2022-ci ildə 2,7 milyard olan oflaynəhali bu gün 2,2 milyarda enib. Lakin rəqəmsal uçurum tam aradanqalxmayıb və artıq yeni mürəkkəb xarakter alıb. Bu uçurum yalnızinfrastruktur çatışmazlığından deyil, əlçatanlıq, rəqəmsalbacarıqlar və təhlükəsizlik kimi amillərdən də qaynaqlanır".
O bildirib ki, bəzi ölkələr süni intellekt və 6G kimitexnologiyalarda irəliləyərkən, digərləri hələ də ən əsas internetbağlantısı ilə mübarizə aparır. Bu səbəbdən konfransın əsas məqsədiBakı Bəyannaməsinin hazırlanmasıdır. Bəyannamə qlobal rəqəmsalinkişaf üçün strateji yol xəritəsi kimi nəzərdə tutulur.
“Dünyanın rəqəmsal gələcəyini formalaşdırmaq üçün birlikdəhərəkət etməliyik,” – deyə elekommunikasiya İnkişaf Bürosunundirektoru çıxışını yekunlaşdırıb.