BAKI, 17 noyabr. TELEQRAF
17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli özünüdərk prosesində, azadlıq və dövlətçilik uğrunda mübarizəsində mühüm tarixi mərhələ olmuşdur.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşımında bildirilib.
“Bu gün xalqımız birliyini, milli iradəsini və müstəqillik əzmini nümayiş etdirərək, dövlət suverenliyimizin bərpasına aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi və sosial inkişafının təmin olunması, eləcə də beynəlxalq müstəvidə prinsipial və fəal siyasətin həyata keçirilməsi istiqamətində ardıcıl səylərini davam etdirir.
Bu bayram münasibətilə xalqımıza rifah, əmin-amanlıq və davamlı inkişaf arzulayırıq”,- paylaşımda deyilir.
17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli özünüdərk prosesində, azadlıq və dövlətçilik uğrunda mübarizəsində mühüm tarixi mərhələ olmuşdur.
— MFA Azerbaijan (@AzerbaijanMFA) November 17, 2025
Bu gün xalqımız birliyini, milli iradəsini və müstəqillik əzmini nümayiş etdirərək, dövlət suverenliyimizin bərpasına… pic.twitter.com/IdvwKVpcVR