AZ

ABŞ Latın Amerikasında hərbi iştirakını artırmağı planlaşdırır

BAKI, 17 noyabr. TELEQRAF

ABŞ Latın Amerikasında hərbi mövcudluğunu ciddi şəkildə gücləndirməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bubarədə “The Washington Post” məlumat yayıb.

Bildirilib ki, planlar ABŞ-nin Venesuela sahillərində narkokartellərə qarşı apardığı əməliyyat fonunda hazırlanıb.

Qeyd edilib ki, Vaşinqton Ekvadorda yeni aviabaza yaratmağı, Panamada hərbçilərin rotasiyasını artırmağı və ölkədəki hərbi hava limanından daha fəal istifadə etməyi planlaşdırır.

Həmçinin ABŞ Puerto-Rikodakı hərbi-dəniz bazasının yenidən fəaliyyətə qaytarılmasını nəzərdən keçirir.

Seçilən
46
teleqraf.com

1Mənbələr