Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Şəki şəhərinin Bideyiz kəndində yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, kənddə ümumi sahəsi 100 m² olan 2 otaq və eyvandan ibarət birmərtəbəli kürsülü evin yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Oxu.az-ın məlumatına görə, gecə saat iki radələrində baş verən yanğında kənd sakini 85 yaşlı Əli Saat oğlu Xasiyev ölüb.
Onun iki övladı olsa da, mərhum özünə məxsus evində tək yaşayırmış. Ə.Xasıyevin bir oğlu Bakıda, digər oğlu isə elə həmin kənddə qalır. O, həmçinin son vaxtlar yeriməkdə də çətinlik çəkirmiş.
Ə.Xasiyevin evinə qaz xətti çəkilsə də, odun peçindən istifadə edib. Hadisənin də məhz odun peçindən qaynaqlandığı bildirilir. Belə ki, gecə saatlarında odun peçindən baş verən yanğını Ə.Xasiyev söndürə bilməyib. Nəticədə ev tamamilə alışıb və o, yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.