AZ

Qüdrət Həsənquliyev Azərbaycan xalqını təbrik etdi

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Vətəninfo.az xəbər verir ki, təbrikdə deyilir:
“Əziz həmvətənlər,
Azərbaycan xalqının 37 il öncə başlatdığı ümumxalq hərəkatının nəticəsi olaraq, müstəqilliyimizi yenidən əldə etdik. 17 noyabr, müstəqillik uğrunda mübarizəmizin dönüş nöqtəsidir. Azərbaycan xalqı milli oyanış və özünəqayıdışın nəticəsi olaraq, dövlət müstəqilliyini bərpa etdi.
Təbii ki, müstəqilliyi qorumaq, onu qazanmaq qədər çətindir.
Artıq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. İşğaldan azad edilmiş ərazilərimizdə separatizmin kökü kəsilib. Uzun illər boyu münaqişəli vəziyyətdə olduğumuz Ermənistanla ilkin sülh sazişi imzalanıb. Bununla da dövlətimizin və xalqımızın qarşısında yeni hədəflər müəyyənləşib.
Əziz Azərbaycan xalqı!
Milli Dirçəliş Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və uğurlar arzulayıram!”
Seçilən
15
5
veteninfo.az

6Mənbələr