AZ

Naxçıvan duzu almaq istəyənlərin nəzərinə

Bakıda fəliyyət göstərən iri super marketlərdə “Naxçıvan duzu”nun satışı dayanıb.

 

Pravda.az-ın xəbərinə görə, “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq fəaliyyət göstəmir.

 

MMC-nin dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Prezident Adiministrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu üçün bağlandığı bildirilir.

 

Pravda.az məsələni araşdırmaq üçün “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlaqə saxlayıb.

 

MMC-dən zavodun hərraca çıxarılacağı bildirilib: "Özəlləşdikdən sonra fəaliyyət göstərəcək".

 

Xatırlatma: 2017-ci ildə yaradılan və Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Duz Muzeyi də bağlanıb.

 

Aytəkin Qardaşova

Tarix: 17 Noyabr 2025, 11:31   
Seçilən
9
pravda.az

1Mənbələr