AZ

Milli Dirçəliş Günü: Heydər Əliyevin siyasi irsindən Prezident İlham Əliyevin müasir inkişaf strategiyasına

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının azadlıq, milli özünüdərk və dövlətçilik uğrunda mübarizəsində dönüş nöqtəsi kimi tarixə düşmüşdür. Bu gün təkcə bir etiraz hərəkatının başlanğıcı deyil, həm də Azərbaycan xalqının əsrlər boyu içində yaşatdığı müstəqillik idealının yenidən oyanışının simvoludur. 1988-ci ildə Bakıdakı meydanlarda başlanan hərəkat son nəticədə Azərbaycanın azad və suveren dövlət kimi tarixə qayıdışını təmin edən ideoloji-siyasi proseslərin əsasını qoydu.

Milli Dirçəliş Günü həm də Azərbaycan dövlətçiliyinin memarı Ulu Öndər Heydər Əliyevin tarixi missiyası və bu missiyanı müasir dövrdə uğurla davam etdirən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi milli inkişaf xətti ilə sıx bağlıdır.

Milli Dirçəliş Gününün tarixi və Azərbaycan dövlətçiliyi üçün əhəmiyyəti vardır!

1988-ci ilin noyabrında Bakıda başlayan kütləvi mitinqlər sovet rejiminin sərt ideoloji çərçivələrini sarsıtdı. Xalqın fərdi iradəsi, milli kimlik və müstəqillik arzusu birmənalı şəkildə siyasi dayaqlar tapdı. Bu hərəkatın əsas xüsusiyyətləri:

Azərbaycan xalqının birliyinin formalaşmasıAzadlıq duyğusunun ictimai şüuru bürüməsiDövlətçilik ideyasının yenidən canlanmasıErmənistanın təcavüzünə qarşı milli müqavimətin güclənməsi

Bu oyanış Azərbaycanı SSRİ-nin süqutu dövründə milli iradəsi ilə önə çıxan xalqlardan birinə çevirdi və sonradan dövlət müstəqilliyinin bərpası üçün ideoloji zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyevin Milli Dirçəliş prosesində rolu danılmazdır!

Hərçənd 17 noyabr mitinqləri ölkənin müxtəlif təbəqələrinin iştirakı ilə baş vermiş xalq hərəkatı idi, lakin Azərbaycanın sonrakı taleyini müəyyən edən ən həlledici amil Ulu öndər Heydər Əliyevin tarixi liderliyi oldu. Ulu Öndər uzun illər ərzində formalaşdırdığı dövlətçilik təcrübəsi, strateji baxışı və siyasi uzaqgörənliyi ilə sonradan baş verən mürəkkəb proseslərə milli istiqamət verdi.

Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Milli Dirçəlişlə bağlı əsas məqamları:

1. Xalqın milli kimliyinin dövlətçilik müstəvisinə keçirilməsi. O, milli şüuru ideya səviyyəsindən real siyasi dövlət quruculuğu prosesinə yönəltdi.

2. Müstəqilliyin qorunması üçün güclü dövlət quruluşunun yaradılması. 1993-cü ildə Azərbaycanın vətəndaş müharibəsinin astanasında xilas edilməsi məhz onun liderliyi ilə mümkün oldu.

3. Milli ideologiyanın formalaşdırılması. “Azərbaycançılıq” ideyası milli birliyimizin ideoloji dayağına çevrildi.

4. Neft strategiyası ilə müstəqilliyin iqtisadi əsaslarının möhkəmləndirilməsi. Beləliklə, Milli Dirçəliş Gününün tarixi mahiyyəti Ulu Öndər Heydər Əliyevin yaratdığı müasir Azərbaycan modeli ilə tam bir-birini tamamladı.

XXI əsrdə Azərbaycanı yeni reallıqlara hazırlayan strateji liderlik cənab İlham Əliyevin prezidentliyi dövründə özünün ən yüksək səviyyəsinə çatdı. O, Ulu öndər Heydər Əliyev siyasi kursunu yeni çağırışlara uyğun modernləşdirilərək milli dirçəlişi yeni mərhələyə qaldırdı.

Cənab Prezident İlham Əliyevin fəaliyyətində milli dirçəlişin əsas istiqamətləri:

1. Dövlət müstəqilliyinin siyasi və hüquqi cəhətdən möhkəmləndirilməsi

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regional və qlobal miqyasda özündən asılı olmayan müstəqil siyasət yürüdən güclü dövlətə çevrildi.

2. Ordunun gücləndirilməsi və tarixi Zəfər

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan qələbə milli dirçəlişin ən parlaq zirvəsi oldu. Bu qələbə, dövlətçilik iradəsinin, milli birliyin, güclü liderliyinin məntiqi nəticəsi idi.

3. Qarabağın və Şərqi Zəngəzurun bərpası – Dirçəlişin yeni dövrü

Hazırda bölgələrin yenidən qurulması, şəhərlərin müasir urbanistik model üzrə salınması, “Böyük Qayıdış” proqramı milli dirçəlişin real mərhələsidir.

4. Azərbaycanın qlobal güc mərkəzi kimi möhkəmlənməsi

Cənab Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu artıraraq regional proseslərin əsas iştirakçılarından birinə çevirdi.

17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli azadlığı uğrunda sərgilədiyi iradənin, mübariz ruhun və dövlətçilik idealına sadiqliyin rəmzidir. Bu dirçəlişin davamlılığı, Ulu Öndər Heydər Əliyevin siyasi irsi, cənab Prezident İlham Əliyevin müasir inkişaf strategiyası ilə təmin edilir.

Bu gün Azərbaycan XX əsrin sonundakı milli oyanışın nəticəsi olaraq suveren, güclü, öz yolunu müstəqil müəyyən edən, regionda və dünyada nüfuz sahibi olan dövlət kimi inkişaf edir.

Milli Dirçəliş Günü həm keçmişi xatırladır, həm də gələcəyə yönəlik milli birlik və dövlətçilik əzmini daha da gücləndirir.

Nicat İsmayılov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
50
bizimyol.info

10Mənbələr