AZ

UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan” “Benfika” ilə qarşılaşacaq

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın səfərdə keçirəcəyi oyunun məkanı və başlanma saatı müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, təmsilçimiz dekabrın 5-də “Benfika” ilə Lissabondakı “Pavilhao Fidelidade” Arenada üz-üzə gələcək.

Görüşün start fiti Bakı vaxtı ilə saat 21:30-da veriləcək. Arena 2400 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşma noyabrın 24-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək.

İdman.Biz

Seçilən
48
4
idman.biz

8Mənbələr