"Quba" klubunda ayrılıq baş tutub.
Offsideplus.az xəbər verir ki, Levan Qoqaladze bölgə təmsilçisindən ayrılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, bundan sonra Gürcüstan Yüksək Liqasında mübarizə aparan "Raşi" komandasında oynayacaq.
Gürcü basketbolçu 2 il idi ki, "Quba"nın formasını geyinirdi.