Bakı. Trend:
Noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisindəyerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalıyardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmışmeyitinin aşkar edilməsi faktı üzrə Lənkəran rayon prokurorluğundaaraşdırma aparılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş ProkurorluğunMətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisənin baş vermə halı və şəraiti tam,hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiqqərarın qəbul edilməsi təmin olunacaq.