AZ

Nigeriya mundialdan kənarda qaldı

Nigeriya millisi Konqo ilə qarşılaşmada penalti seriyasında məğlub olaraq DÇ-2026-ya vəsiqə qazana bilməyib.

Msport.az xəbər verir ki, ulduz futbolçular – Viktor Osimhen, Ademola Lukman və Uilfred Ndidinin də yer aldığı komanda həlledici mərhələdə şansını itirib və ardıcıl ikinci mundialı buraxacaq.

Konqo isə tarixi uğura bir addım daha yaxınlaşıb. Milli komanda 1974-cü ildən sonra ilk dəfə dünya çempionatında çıxış etmək şansına malikdir. Bunun üçün komanda qarşıdakı yarımqitəarası pley-off mərhələsini də keçməlidir.

Seçilən
14
2
msport.az

3Mənbələr