AZ

Makron Zelenskini Parisdə aviabazada qarşılaylb

Fransa Ukraynanın hərbi aviasiya və hava hücumundan müdafiə imkanlarını gücləndirəcək…

Poliqon xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenskini Paris yaxınlığındakı Villakublə hərbi bazasında qarşılayıb. Le Monde yazır ki, Zelenski Fransaya Ukraynanın döyüş aviasiyası və hava hücumundan müdafiə sistemlərini gücləndirəcək “tarixi” adlandırdığı silah tədarükü sazişini imzalamaq üçün gəlib.

Görüş çərçivəsində Emmanuel Makronla birlikdə Fransa müdafiə sənayesi rəhbərləri Ukrayna prezidentinə ölkənin ən müasir hərbi texnologiyalarını təqdim ediblər. Zelenskiyə “Rafale” qırıcı təyyarəsi və onun silah sistemləri, yeni nəsil SAMP-T hava hücumundan müdafiə kompleksi, eləcə də müxtəlif tipli pilotsuz uçuş aparatları nümayiş olunub.

Tərəflərin bundan sonra “niyyət protokolu” adlandırılan xüsusi sənədi imzalaması planlaşdırılır. Sənədin detalları açıqlanmır, lakin Fransanın Ukraynaya uzunmüddətli hərbi dəstəyinin yeni mərhələsini təsdiqləyəcəyi gözlənilir.

Poliqon.info

Seçilən
64
31
poliqon.info

10Mənbələr