AZ

Şəhərin mərkəzidə qəza: Qırmızıda keçən “BMW” “VAZ”a çırpıldı - VİDEO

Çinin elektromobil sahəsində liderə çevrilməsi üçün cəmi 10 il lazım gəlib.

Avtosfer.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, 2024-cü ildə Çində 11,3 milyon ədəd elektromobil və doldurulabilən hibrid satılıb. Bu da dünyanın qalan ölkələrindəki satışların ümumi sayından çoxdur.

Elektrik dartılı texnika satışına görə ikinci yerdə qərarlaşan Avropada 3,2 milyon ədəd satış həyata keçirilib. Çin maşınlarının demək olar satılmadığı ABŞ-də 2024-cü ildə 1,5 milyon ədəd elektromobil və doldurulabilən hibrid öz müştərilərini tapıb.

Dünyanın qalan ölkələrində isə ümumilikdə 1,3 milyon ədəd elektromobil və doldurulabilən hibrid satılıb.

Vüqar

Seçilən
54
avtosfer.az

1Mənbələr