AZ

Nazir müavini: WTDC25 rəqəmsal inklüzivliyə töhfə verəcək

AzVision.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən WTDC25-in açılışına həsr olunmuş mətbuat konfransında deyib.

S.Əsədov bildirib ki, WTDC25 çərçivəsində 2026–2029-cu illər üçün yeni qlobal rəqəmsal inkişaf strategiyasının qəbul edilməsi gözlənilir: “Bu konfrans qlobal səviyyədə müxtəlif dövlətlərin, şirkətlərin və ekspertlərin fikirlərini bir araya gətirməklə daha geniş və ədalətli rəqəmsal gələcəyə doğru mühüm addımdır”.

Nazir müavini əlavə edib ki, tədbirdə iştirak edən 500-dən çox gəncin bu prosesə cəlb olunması yeni nəsil liderlərin formalaşmasına şərait yaradır.

AzVision.az

Seçilən
40
2
azvision.az

3Mənbələr