AZ

Haaland Avropadakı rekordu yenilədi, İran millisinin sabiq üzvünə çatan yoxdur

"Mançester Siti"nin hücumçusu Erling Haaland dünya çempionatının seçmə mərhələləri tarixində Avropa zonasında qol rekordunu yeniləyib.

Sportal.az xəbər verir ki, Norveç millisinin hücumçusu İtaliyaya qarşı keçirilmiş qrup oyununda (1:4) iki qol vurub və o, qolların sayını 16-ya çatdırıb. Polşa yığmasının forvardı Robert Levandovski Rusiyada keçirilən DÇ-2018-in seçmə mərhələsində də o qədər qol vurmuşdu.

Kriştiano Ronaldo isə Portuqaliya millisinin heyətində 15 qol vurmağı bacarmışdı. Dünya çempionatının təsnifat mərhələlərində mütləq rekordçu isə İranın sabiq üzvü Kərim Bageridir. Onun aktivində 1998-ci il mundialının seçmə oyunlarında 19 qol var.

saytlarin hazirlanmasi

Seçilən
79
18
sportal.az

10Mənbələr