AZ

Covid 19 olmuş xəstələrin qan damarlarında yeni mikstrukturlar aşkarlanıb

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Alimlər postkovid sindromu olan xəstələrin qanında anormal mikrotrombların olduğunu müəyyən ediblər. Bu strukturlar xroniki yorğunluq, "beyin dumanı" və nəfəs problemlərinin əsas səbəbi ola bilər.

BAKU.WS xəbər verir ki, Journal of Medical Virology jurnalında dərc olunan araşdırmaya görə, bu xəstələrdə mikrotromblar sağlam insanlarla müqayisədə təxminən 20 dəfə çox, daha iri, sıx və parçalanması çətin olur.

Həmçinin, NET-strukturlar - immun hüceyrələrinin patogenləri tutmaq üçün buraxdığı yapışqan DNT və ferment "şəbəkələri" əhəmiyyətli dərəcədə artıb. Tədqiqatçılar bildirir ki, mikrotromblar və NET-strukturlar bir-birinə inteqrasiya olub. Bu komplekslər qan dövranını kiçik damarlar səviyyəsində pozur və uzunmüddətli iltihabı dəstəkləyir.

Araşdırmada süni intellekt alqoritmi yalnız bir mikrotromb nümunəsinə əsaslanaraq postkovid xəstələrinin qanını 91% dəqiqliklə müəyyən edə bilib. Alimlər hesab edirlər ki, mikrotromblar və NET-strukturlar birləşməsi postkovid sindromunun ilk obyektiv biomarkeri ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
2
baku.ws

3Mənbələr