AZ

Partlayış təhlükəsi- Türkiyəyə məxsus qaz tankeri zərbə aldı 

Gecə saatlarında Ukraynanın İzmail limanına edilən hücum zamanı Türkiyəyə məxsus maye qaz daşıyan gəmi zərər görüb.

Musavat.com xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Hadisə nəticəsində təhlükəli vəziyyət yaranıb: gəmidəki sıxılmış qazın alışma və partlayış riski yaranıb.

Rumıniya hakimiyyəti dərhal tədbir görərək, İzmailə yaxın yerləşən qonşu kəndin sakinlərini təxliyə etməyə başlayıb. Evakuasiya ehtimal olunan partlayışın qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Hadisə regionda gərginliyi daha da artırıb və təhlükəsizlik xidmətləri vəziyyəti yaxından izləyir.



Musavat.com

Seçilən
78
2
musavat.com

3Mənbələr