Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Rəhimə Atəş" Fizioterapiya və Reabilitasiya Mərkəzinin lisenziyasız fəaliyyət göstərdiyi barədə bəzi sosial şəbəkələrdə xəbərlər yayılıb. Bakupost.az məsələ ilə bağlı kiçik araşdırma aparıb. Əldə etdiyimiz məlumatlara görə, yayılan xəbərlər doğru deyil, Mərkəzin lisenziya ilə qanuni tibbi fəaliyyət göstərir.Belə ki, "Rəhimə Atəş" Fizioterapiya Mərkəzi “Fizyore Group” MMC-nin nəzdində açılıb. MMC Azərbaycan Respublikası İqtisadiyyat nazirliyinin özəl tibbi fəaliyyət üçün İN/L 259/2021- qeydiyyat nömrəli lisenziyasını alıb.Bu lisenziya ilə “Fizyore Group”a Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 22 ünvanında özəl ambulator tibbi xidmət üzrə fəaliyyətə icazə verilib.
Sənədə əlavədə xidmətin kodu "2.14.1 – fizioterapevtik" qeyd olunub."Rəhimə Atəş" tibbi mərkəzin sadəcə adıdır, rəsmi sənədlərdə təbii ki, bu adla əks olunmur.Qeyd edək ki, yayılan məlumatlarda mərkəzin ünvanı belə yanlış göstərilib.Eləcə də Mərkəzin baş həkimi və direktoru yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib:"Belə xəbərləri dəqiqləşdirmədən yayanlarla bağlı bundan sonra hüquqi müstəvidə tədbirlər görüləcək".Aygün Musayeva, BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.