AZ

WTDC25-də kibertəhlükəsizlik və süni intellektin etik istifadəsi mövzuları müzakirə olunur VİDEO

Bakı, 17 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Bakıda keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC25) kibertəhlükəsizlik, süni intellektin etik istifadəsi, mobil və peyk rabitəsinin konvergensiyası, həmçinin inkişaf etməkdə olan ölkələrə və kiçik ada dövlətlərinə İKT üzrə dəstək məsələləri əsas müzakirə mövzularındandır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.

Nazir müavini əlavə edib ki, konfrans zamanı qəbul ediləcək qərarlar növbəti dörd il üçün qlobal telekommunikasiya siyasətinə və rəqəmsal inkişaf strategiyasına əhəmiyyətli təsir göstərəcək. O, həmçinin vurğulayıb ki, WTDC25 gənclərin rəqəmsal bacarıqlarının artırılması və onlayn təhlükəsizliyin təmin olunması məsələlərinə də diqqət ayırır.

S.Əsədov bildirib ki, konfrans çərçivəsində qəbul ediləcək Bakı Bəyannaməsi beynəlxalq rəqəmsal əməkdaşlıq və innovasiya sahəsində vacib sənəd olacaq.

Seçilən
44
2
azertag.az

3Mənbələr