AZ

Stanislav Çerçesov: Ayxan Abbasovun gəlişindən sonra Azərbaycan millisində stabillik artıb, intizam yaranıb AÇIQLAMA

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycanda həmişə güclü, texnikalı və hazırlıqlı futbolçular olub.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov deyib.

Hazırda ölkəsinin “Axmat” komandasını çalışdıran mütəxəssis Ayxan Abbasovun gəlişindən sonra yığmada irəliləyişin hiss olunduğunu bildirib: “Əvvəl oyun təşkilində və nəticəyə fokuslanmaqda çatışmazlıq var idi. Ayxan Abbasovun gəlişi ilə komandada stabillik artıb, intizam yaranıb. Futbolçular məşqçinin onlardan nə istədiyini başa düşürlər. Yığmada oyun intizamı görünür. Oyunçular məşqçinin dediklərini meydanda etməyə çalışırlar. Amma aydındır ki, bəzən Fransa səviyyəsində olan rəqiblərlə rəqabət aparmaq çətindir. Azərbaycan millisinə növbəti matçlarda uğurlar arzulayıram. Ümid edirəm ki, komanda daha yaxşı nəticələr qazanacaq”.

Vaxtilə adının Azərbaycan yığması ilə hallandığını söyləyən 62 yaşlı çalışdırıcı AFFA ilə bununla bağlı rəsmi görüş keçirmədiklərini söyləyib.

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv dünya çempionatının (DÇ-2026) seçmə mərhələsinin D qrupunu 1 xalla sonuncu – 4-cü sırada başa vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
2
azertag.az

10Mənbələr