AZ

Ülvi Babayev hansı millidə oynayacağını açıqladı

Moskvanın "Dinamo" klubunda çıxış edən azərbaycanlı futbolçu Ülvi Babayev Rusiya millisində oynamaq istəyir.

"Unikal" xəbər verir ki, bu barədə 21 yaşlı yarımmüdafiəçi Rusiya mətbuatına açıqlamasında deyib.

"Atamın Azərbaycanda anadan olmasına çox hörmət edirəm. Amma mən Rusiyada doğulmuşam. Azərbaycandan heç kim mənə müraciət etmədi. Mənim Rusiya millisində öz məqsədlərim və vəzifələrim var”, - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl mətbuatda AFFA-nın Ülvi Babayevi Azərbaycan millisinə cəlb etmək üçün danışıqlar apardığı barədə xəbərlər yayılmışdı.

Seçilən
307
24
unikal.az

10Mənbələr