Almaniyada polis 12 yaşlı eşitmə qüsurlu qızı güllələyib.
Publika.az xəbər verir ki, bu barədə Essen polisi bəyanat yayıb.
Bildirilib ki, həm Almaniya, həm də Serbiya vətəndaşlığı olan qız iki bıçaqla polisə hücum edib. Polis isə özünümüdafiə məqsədilə onu güllələyib.
Yaralanan qız xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.