AZ

“Azərbaycan Ermənistan dialoqunda irəliləyiş var, amma çətinliklər davam edir”

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Azərbaycanla Ermənistan arasında avqustun 8-də əldə edilən razılaşma iki ölkə arasında gərginliyin azaldılmasına müsbət təsir göstərib. Tərəflər sərhəddə daha sakit rejimə əməl edirlər”.Bunu siyası şərhçi Kənan Məmmədli Demokrat.az-a açıqlamasında deyib.O əlavə edib ki, diplomatik kanallar daha aktiv işləməyə başlayıb:“Siyasi qərarların verilməsi prosesində dialoq əvvəlki dövrlərlə müqayisədə daha intensivdir. Liderlərin razılaşmadan sonra verdiyi bəyanatlar da sülh niyyətini nümayiş etdirir. Hər iki tərəf sülh sazişinin imzalanmasını məqsəd kimi göstərir. Bu isə praktiki addımların davam edəcəyinə ümid yaradır. Bununla belə, qarşıda çətinliklər də qalır. Ən böyük çətinlik Ermənistanın konstitusiyasında hələ də mübahisəli məqamların qalmasıdır. Bu məsələ sülh prosesini ləngidə bilər. Sərhədin tam müəyyənləşdirilməsi də vaxt aparacaq. Bəzi siyasi qrupların prosesə qarşı çıxması daxili gərginlik yarada bilər. Regionda böyük dövlətlərin maraqları da sülhü çətinləşdirən amildir. Xarici aktorlar bəzən prosesə təsir göstərməyə çalışırlar. Avqustun 8-dən sonra addımlar müsbətdir, amma sülhün tam bərqərar olması üçün siyasi iradənin davamlı olması vacibdir”.Leyla Turan 

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr