AZ

Türkiyənin məşhur idman şərhçisindən “Dirçəliş Günü” təbriki

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin tanınmış idman şərhçisi Ertem Şener sosial şəbəkə hesabında 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, paylaşımında Azərbaycanın 1988-ci ildə sovet imperiyasına qarşı qalxan milli mübarizəsinin tarixi əhəmiyyətini xüsusi vurğulayıb.

KONKRET.az xəbər verir ki, şərhçi qeyd edib ki, 17 Noyabr Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi, xalqın birliyi və iradəsinin simvoludur:

“Qardaş Azərbaycanın 17 Noyabr Milli Dirçəliş Günü mübarək olsun!

1988-ci ilin o çətin günlərində meydanlara çıxan minlərlə insan təkcə Azərbaycan üçün yox, bütün türk dünyası üçün cəsarət nümunəsi göstərdi.

Can Azərbaycana sevgi, hörmət və qürurla!”

Paylaşım geniş izləyici kütləsi tərəfindən rəğbətlə qarşılanıb, istifadəçilər Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu vurğulayan rəy və şərhlər yazıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
50
konkret.az

10Mənbələr