AZ

Rusiya Türkiyəyə məxsus gəmini vurdu – VİDEO

18:32 17.11.2025
18:32 17.11.2025

Ukraynanın Odessa vilayətinin İzmail limanında lövbər alan Türkiyə gəmisi Rusiya silahlı qüvvələri tərəfindən vurulub.

Mynews.az xəbər verir ki, dronla hücum edilən gəminin ekipajı evakuasiya edilib.

Qeyd edək ki, tankerdə 4 min ton mayeləşdirilmiş təbii qaz (LPG) olub.

Məlumatda bildirilir ki, gecə saat 02:00 radələrində “BMG Shipping and Consulting Limited” şirkətinə məxsus “MT Orinda” gəmisi Ukraynanın İzmail limanında olarkən pilotsuz təyyarə ilə hücum olub.

16 nəfərlik heyət fövqəladə hallar prosedurlarına uyğun olaraq gəmini təhlükəsiz şəkildə tərk edib və təhlükəsiz əraziyə yerləşdirilib.

“Bütün şəxsi heyətimizin səhhəti yaxşıdır. Hücumdan sonra gəmidə yanğın davam edir və müvafiq yerli orqanlarla koordinasiyalı şəkildə lazımi müdaxilələr aparılır. Bizim prioritetimiz ekipajımızın təhlükəsizliyidir və hadisələr ictimaiyyətlə paylaşılacaq” – şirkətin açıqlamasında bildirilir.  


Seçilən
28
mynews.az

1Mənbələr